Əfqanıstanda partlayış zamanı 11 nəfər həlak olub

18 Avqust 2019 11:16 (UTC+04:00)

Əfqanıstanda partlayış törədilib. SİA-nın verdiyi məlumata görə, hadisə Balh əyalətinin Daulat Abad dairəsində qeydə alınıb. Yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində 11 nəfər həlak olub. "Nəqliyyat vasitəsi güclü bomba ilə partladılıb. Biz hətta meyitləri tanıya bilmirik. Ölənlərdən 5-i bir ailənin üzvləridir", - deyə dairənin rəhbəri Məhəmməd Yusuf agentliyə bildirib.