Teleaparıcı təyyarə qəzasısında həlak olub

18 Avqust 2019 10:38 (UTC+04:00)

ABŞ-ın Yeni Orleanın yerli teleaparıcısı Nensi Parker təyyarə qəzası nəticəsində həlak olub. SİA-nın verdiyi məlumata görə, bu barədə "NBC" telekanalı xəbər verib.

Qeyd olunur ki, hadisə avqustun 16-sı 53 yaşlı N.Parkerin mürəkkəb tryuklar həyata keçirən pilot barədə reportajı verərkən baş verib.

Jurnalistlə birgə reportajın qəhrəmanı da həlak olub. Kanalın məlumatına görə, Parker işlədiyi müddətdə beş "Emmi" mükafatını alıb.