Əfqanıstanda toy mərasimi zamanı partlayış baş verib

18 Avqust 2019 05:18 (UTC+04:00)
Əfqanıstanın paytaxtı Kabil şəhərində şənbə günü toy mərasimi zamanı partlayış baş verib. SİA-nın "RİA Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, hadisə nəticəsində çox sayda insan yaralanıb. Ölənlərin oduğu istisna edilməsə də onların sayı barədə dəqiq məlumat verilməyib. Toyun keçirildiyi binada yüzə yaxın iştirakçının olduğu bildirilir.