Pirşağı qəsəbə Mədəniyyət evi konsert proqramı ilə çıxış edib

17 Avqust 2019 17:47 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Pirşağı qəsəbə Mədəniyyət evi N saylı hərbi hissədə konsert proqramı təşkil edib. Baş İdarədən SİA-ya bildirilib ki, konsertdə Mədəniyyət evinin “Əks Səda” ansamblı, dram dərnəyinin və muğam sinfinin şagirdlərinin ifasında mahnı və şeirlər səsləndirilib. Rəqs kursunun şagirdləri rəqs nömrələri nümayiş etdiriblər.

Sonra hərbi hissənin komandiri mədəniyyət evinə fəxri fərman təqdim edib.