Qeyri-leqal miqrantların çatdırılmasında yeni üsul

17 Avqust 2019 16:14 (UTC+04:00)

Son vaxtlar qeyri-leqal miqrantların Mərakeşdən İspaniyaya çatdırılmasının yeni üsulu populyarlaşır. SİA xəbər verir ki, bu barədə İspaniya KİV-ləri hüquq mühafizə orqanlarına istinadla məlumat yayıblar.

Daşıyıcılar bunun üçün hidrosikllərdən istifadə edirlər. Belə ki, bu yolla “müştəri” cəmi üç dəqiqə sonra Seutda olur. Bu “xidmətin” qiyməti 500-1000 avro civarındadır.

İspaniya Mülki Qvardiyası ötən həftə Mərakeş vətəndaşları olan iki daşıyıcını həbs edib. Onlar qeyri-leqal miqrantları hidrosikllərdə İspaniya sahillərinə çatdırmaqla məşğul olublar. Onlardan biri yeniyetmədir. Daşıyıcılar agentləri gördükləri üçün miqrantları suya ataraq qaçıb aradan çıxmağa çalışıblar.