Suraxanıda “Hyundai” markalı avtomobil yanıb

17 Avqust 2019 16:00 (UTC+04:00)

Suraxanı rayonunda “Hyundai” markalı minik avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.