Bakı sakinini döyüb öldürən şəxs həbs edilib

17 Avqust 2019 02:37 (UTC+04:00)

Xaçmaz rayonunda Bakı şəhər sakini T.İbrahimovu qətlə yetirməkdə şübhəli bilinən Nabran qəsəbə sakini T.Mürsəlov saxlanılaraq istintaqa təhvil verilib

SİA Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 15-də Xaçmaz rayonunun Dalğalı kəndi ərazisində Bakı şəhər sakini Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində həmin gün qeyd edilən kəndin ərazisində T.İbrahimovla Nabran qəsəbə sakini T.Mürsəlov arasında münaqişə baş verməsi və sonuncunun daşla onu vurub qətlə yetirməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən T.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.