Sürücünün ürəyi tutdu, avtomobilini hasara çırpdı

16 Avqust 2019 19:01 (UTC+04:00)
Gəncədə sürücü avtomobilini hasara çırpıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, qəza zamanı Əliyev Surxay Qəzənfər oğlu ağır xəsarət alıb. İlkin məlumatlara görə, hadisəyə səbəb 61 yaşlı suürücünün idarə etdiyi "QAZ 31-10"markalı avtomobilini idarə edərkən sükan arxasında onun ürəyinin tutması olub və sürücü idarə etməni itirib. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.