Şəki və Oğuzun bəzi kəndlərində qaz təchizatı dayandırılıb

16 Avqust 2019 18:13 (UTC+04:00)

Avqustun 16-da səhər saatlarında 2 rayonun bəzi ərazilərində qaz təchizatının dayandırılmasına zərurət yaranıb. “Azəriqaz” İB-dən SİA-ya bildirilib ki, orta təzyiqli qaz xəttinin yol inşaat işləri zamanı zədələnməsi ilə əlaqədar olaraq saat 09:00-dan Şəki rayonunun Kiçik Dəhnə, Böyük Dəhnə, Dərə Cənnət, Suçma kəndlərində məhdudiyyətlər tətbiq edilib.

Oğuz rayonunda isə orta təzyiqli qaz xəttinin yeraltı yol keçidində qaz sızması aşkarlanıb. Ona görə də rayonun Bayan, Bucaq, Calut, Muxas kəndlərində məhdudiyyətlər olacaq.