“Hellmann Worlwide Logistics”Caspian Energy Forum Baku – 2019-un partnyoru olub

16 Avqust 2019 16:17 (UTC+04:00)

“Hellmann Worlwide Logistics” nəqliyyat şirkəti sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyoru olub. 9-cu Beynəlxalq Caspian Energy Forum “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Hellmann Worlwide Logistics sıralarında dünyanın 70 ölkəsindən olan 5 min şirkət və təşkilatı birləşdirən Caspian European Club ilə uğurlu əməkdaşlıq edir. İllik Bakı forumu ərəfəsində və çərçivəsində əməkdaşlıq əlaqələrimizin inkişafına müsbət təsir göstərəcək”, - deyə Telman Əliyev söyləyib.

“Hellmann Worlwide Logistics dünyanın 158 ölkəsində 462 ofislə təmsil olunan nəhəng beynəlxalq şirkətlərdən biridir. Biz yükdaşınmaları, nəqliyyat logistikası, gömrük sənədləşməsi və digər növ sahələrdə geniş xidmət göstəririk. Bakıda keçiriləcək Beynəlxalq Caspian Energy Forum çərçivəsində əməkdaşlığı dəstəkləyirik”, - deyə şirkətin baş direktoru Kamran Həbibov bildirib.

Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkələrinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar

tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin n “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “ICODS Hilmer GMBH” şirkəti və “AzeriСard” ASC də var. Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

Şirkət haqqında: Hellmann Worlwide Logistics şirkəti 1871-ci ildə Almaniyada Karl Hellmann tərəfindən yaradılıb. Hellmann Worlwide Logistics bu gün dünyada ən nəhəng özəl logistika şirkətidir. Şirkətə iki kuzen – Yos və Klaus Hellmannlar sahiblik edir. Şirkət Azərbaycanda öz ofisini 2010-cu ildə açıb. Həmin vaxtdan bəri neft və qeyri-nft sahələrində həm yerli, həm də beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq edilir. Həyata keçirilmiş layihələr sırasında Şenyan Yuandın şirkəti üçün Port Baku binasının şüşə və keramika örtüyünün tam logistikası var.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.