Gürcüstanda üç belaruslu turist itkin düşüb

15 Avqust 2019 05:39 (UTC+04:00)
Gürcüstanın Svaneti bölgəsində üç belaruslu turist itkin düşüb. SİA "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb. Hadisə Tetnuldi dağ-xizək kurortu ərazisində baş verib. Onların qadın olduqları bildirilir. Hazırda onların axtarışları istiqamətində tədbirlər həyata keçirilir.