Filippinində timsah 10 yaşlı uşağı yeyib

15 Avqust 2019 04:24 (UTC+04:00)
Filippinin Palavan əyalətində timsah 10 yaşlı uşağı yeyib. SİA "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, həmin uşaq qayıqda öz qardaşları və bacısı ilə gedərkən timsah onlara hücum edib və uşağı aparıb. Hadisə nəticəsində qayıqda olan digər uşaqlar xəsarət almayıb. Kənd sakinləri uşağın axtarışlarına çıxsa da bir nəticəsi olmayıb.