Leonardo Di Kaprio bu roluna görə utanır

14 Avqust 2019 22:57 (UTC+04:00)

Amerika aktyoru Leonardo Di Kaprio hansı roluna görə utandığını açıqlayıb.

SİA xəbər verir ki, bu barədə “The New York Post” nəşri yazıb.

Di Kaprionun sözlərinə görə, Tobi Maquayr kimi, o da tamaşaçıların “Dons Plam” kafesi” filminə baxmalarını istəməzdi. O, Tobi Maquayr ilə bu filmdə karyerasının əvvəlində çəkilib. Di Kaprio təcrübəsiz olduğuna görə rolunu pis oynayıb.

Aktyor deyib: “Mən bu rol üzərində cəmi bir gecə işləmişəm. Başa düşürsünüzmü, mən kömək etmək istəyirdim”.