Tufana görə Yaponiyada sürətli qatarların hərəkət cədvəli dəyişdirilib

14 Avqust 2019 20:22 (UTC+04:00)

Yaponiyanın “JR Nishi Nihon” dəmiryolu operatoru avqustun 14-də “Korsa” tufanının yaxınlaşması ilə əlaqədar ölkənin qərbində “Şinkansen” super ekspresslərinin əksəriyyətinin hərəkət cədvəlində dəyişiklik edib.

SIA xəbər verir ki, operatorun bildirdiyinə görə Osaka prefekturasının Şin-Osaka stansiyası ilə Fukuoka prefekturasının Kokura stansiyası arasında “Sanyo Şinkansen” xətti boyunca bütün qatarların hərəkəti dayandırılıb.

Eyni zamanda, “JR Tokai” dəmiryolu operatoru bildirib ki, “Tokaydo Şinkansen” xətti ilə Şin-Osaka stansiyasına gələn qatarlar “Sanyo” xətti boyunca hərəkət etməyərək geriyə - Tokioya qayıdacaqlar.

“JR Nishi Nihon” dəmiryolu operatoru, həmçinin Okayama, Hiroşima və Yamaquçi prefekturalarında adi dəmiryolu xətlərində işi tamamilə dayandırıb.