“Atletiko Madrid” 60 milyon avro ödəyəcək

14 Avqust 2019 18:43 (UTC+04:00)

İspaniyanın “Atletiko Madrid” klubu növbəti transferini reallaşdıra bilər. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Valensiya”nın hücumçusu Rodriqo Morenonun transferi üçün razılıq əldə edib.

“Atletiko”nun bu transferə görə 60 milyon avro ödəyəcəyi bildirilir.

Komandasının son məşqini buraxan ispan oyunçunun transferinin yaxın günlərdə açıqlanacağı gözlənilir.