Bakıda daha iki süni örtüklü meydança istifadəyə verilib

14 Avqust 2019 17:21 (UTC+04:00)

Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq təmənnasız şəkildə uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir. SİA-nın məlumatına görə, növbəti süni örtüklü meydançalar Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən Uşaq parkında və Mirvari parkında inşa olunaraq istifadəyə verilib.