Əli Kərimlinin xəyanətkar imici yeni rakursda cəmiyyətə təqdim olunur

14 Avqust 2019 17:06 (UTC+04:00)

Müxalifətdaxili qarşıdurmalar fonunda, diqqətçəkən məqamlardan biri də, ondan ibarətdir ki, "Milli Şura" deyilən qondarma qurum, dağılmağa yaxın olduğu bir məqamda, Müsavatda yeni hadisələrin baş verməsidir. Daha doğrusu, "Milli Şura"da AXCP sədri Ə.Kərimlinin acınacaqlı duruma düşməsi, bir növ keçmiş başqan İsa Qəmbəri yenidən partiyanın rəhbərliyinə gəlməklə, müxalifətin önündə gedənlərdən olmağa həvəsləndirib. İ.Qəmbərin başqan olmaq arzusuna partiyanın yerli şöbələri də müsbət yanaşırlar. Eyni zamanda, Müsavat məclisinin üzvləri Yadigar Sadıqlı, Elman Fəttah və digərləri də, İ.Qəmbərin növbəti qurultayda başqan seçilməsini arzulayır və buna çalışırlar, Düzdür, indiki başqan Arif Hacılı heç hər vəchlə, partiyanın növbəti qurultayında İ.Qəmbər yenidən başqan seçilməsinə qarşı çıxır. Hətta İ.Qəmbərə qarşı Müsavatdaxili qruplaşmada yaradılıb və bu quruplaşmaya A.Hacılının qardaşı Mustafa Hacıbəyli rəhbərlik edir. Digər tərəfdən, AXCP sədri Ə.Kərimli əzəli və əbədi düşməni elan etdiyi Müsavatın “ana müxalifət partiyası” olmasına qarşı fəaliyyət göstərməkdədir. Ancaq qeyd etdiyim kimi, keçmiş başqana dəstək verənlərin sayı heç də az deyil. Onlar İ.Qəmbərə pərəstişliklərini açıq-aydın sərgiləyirlər. Burada isə, Müsavatın eks-başqanı ilə müəyyən razılaşmanın da olduğunu istisna etmək olmaz.

Əli Kərimli müxalifətin üz qarasına çevrilib

İ.Qəmbər əlində olan son rıçaqlarını istifadə edib, müxalifətə yeni statusda – “ana müxalifət lideri” statusunda geri dönməyi qarşısına məqsəd qoyub. Ancaq göründüyü kimi, bu, ona elə də asan başa gəlməyəcək. Çünki onun qarşısını kəsən – Əli Kərimli və Arif Hacılıdır. Xüsusi ilə də, Ə.Kərimlinin qeyri-ciddi, xalqa və dövlətə zidd siyasət aparması daha çox ikrah doğurur və ittiham hədəfi yaradır. Ə.Kərimlinin özünəpərəstişlik üzərində qurduğu “siyasətinin” əsas qayəsi də budur ki, “lider”, yaxud “siyasi rəhbər” olaraq, tükənmiş AXCP sədri, hətta neçə illər öncə, hər hansı bir məsələ üzərində oynadığı oyunbazlığını bir müddət sonra təkrarlayır. Misal üçün, bu günlərdə bəlli olub ki, sosial şəbəkələrdəki trolları elə özünün tapşırığı ilə onun bir neçə il əvvəl çıxış etdiyi videosunu paylaşıblar. Daha dəqiq desək, Rusiya telekanallarına istinadən yayılan həmin süjetdə aparıcı Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı sərt davranacağından söz açır. Qeyd olunur ki, ABŞ Konqresinin Helsinki Komissiyasının rəyi ilə rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək, yüksək ranqlı məmurların ölkəyə girişi qadağan olunacaq. Lakin aparılan araşdırma nəticəsində məlum olub ki, “Milli Şura” və AXCP üzvləri tərəfindən "böyük şövqlə" yayılan həmin video 3 il əvvəl efirə gedib və ötən müddətdə orada əks olunan iddialar özünü doğrultmayıb. Bu isə, sadəcə, gündəmdə qalmaq üçün növbəti manipulyasiyalardan biridir.

Əli Kərimli hələ də müasir dövrün yenilikləri ilə uyğunlaşa bilmir

Hələ də, meydan təfəkküründə qalan Ə.Kərimli Azərbaycan dövlətinin yürütdüyü siyasətə qarşı ən murdar iftiralarını atır, bununla “mən də varam” deyib, siyasi arenada var-gəl edir. Özünü “birləşmiş müxalifətin lideri” kimi ictimai rəyə zorla sırımağa çalışan Ə.Kərimli elə sanır ki, o, həqiqətən də, düşərgədə “bir nömrədir”. Bəzən uzağa gedərək, təşkil etdiyi mini aksiyalarda özünü "birləşmiş müxalifət"in lideri kimi təqdim etməyə çalışır. Ancaq reallıqda müxalifət düşərgəsində özünün qohum-əqrəbasından ibarət olan sıravi müxalifətçilərdən özgə onu qəbul edən və yuxarı başda oturmasını istəyən yoxdur. Ümumiyyətlə, pul gücünə mitinq keçirib, bunu “ümumxalq narazılığı” kimi təqdim edən Kərimli, bütövlükdə, 2500-3000 nəfəri “Azərbaycan xalqının etirazı” kimi qiymətləndirirsə, buna onun haqqı çatırmı? Əlbəttə ki, yox. O da, sirr deyil ki, hətta bütün müxalifət partiyalarını bir araya sığışdırsaq belə, onların öz tərəfdarları ilə bir yerdə aksiyalara qatılacaqları halda, “Məhsul”u doldura bilməyəcəkləri bəri başdan görünür. Bu isə, həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, Ə.Kərimli və başına topladığı bitmiş siyasətçilər cəmiyyət tərəfindən rədd edilirlər.

AXCP Əli Kərimlinin yarıtmaz siyasətinin badına getdi

Həm də maraqlı məqam ondan ibarətdir ki, zamanında Ə.Kərimlinin yanında olub, onunla eyni mövqedən çıxış edənlər və AXCP-nin maraqları üçün çalışanlar sonradan ondan yollarını ayırmalı oldular. Çünki aydın şəkil də dərk edib, gördülər ki, Ə.Kərimli satqın və xəyanət yolu tutub. Ə.Kərimli satqın və xəyanətkar əməllərini lideri, mərhum AXCP sədri Əbulfəz Elçibəyə qarşı da həyata keçirmişdi. Hətta deyilənlərə, daha doğrusu, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin dediyinə görə, Əbulfəz Elçibəyi Ə.Kərimli zəhərləyib. Bir sözlə, Ə.Kərimli zatıqırıq, dostluq etdiyi, eyni siyasi məfkürəni bölüşdüyü insanlara xəyanət edən şəxsdir. Məhz Ə.Kərimlinin satqın və xəyanətkar olması səbəbindən, Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-də böyük yarpaq tökümü, ardından da, ümumiyyətlə, ağlı başında olanların oradan uzaqlaşması prosesi başlamışdı. Bu gün də, AXCP-dən istefalar baş verməkdədir. Qısası, Ə. Kərimlinin rəhbərlik etdiyi AXCP-si bu gün suyu qurumuş dəyirman kimidir. Vəziyyətin bu cür davam edəcəyi təqdirdə, AXCP tamailə sıradan çıxmış olacaq. Çünki Ə.Kərimlinin yarıtmaz siyasi səhvlərini təkrarlaması bunu deməyə əsas verir.

İ.ƏLİYEV