İran tankeri iki gün sonra azad ediləcək

14 Avqust 2019 09:27 (UTC+04:00)

Bir ay əvvəl Cəbəllütariqdə qanunsuz xam neft daşımaqda ittiham edilərək Böyük Britaniya hərbi gəmiləri tərəfindən saxlanılan İrana məxsus “Grace 1” tankeri iki gün sonra azad ediləcək. Bu barədə “İRİB” məlumat yayıb.

Qeyd olunub ki, tanker İranın diplomatik və qanuni səyləri nəticəsində azad ediləcək. Hadisənin digər detalları bildirilmir.