Magistral yollarda hərəkət edən sürücülərin DİQQƏTİNƏ

13 Avqust 2019 12:15 (UTC+04:00)

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (AHNX) Qurban bayramı ilə əlaqədar ölkənin magistral yollarında hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə çağırış edib. SİA-nın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi bu gün artıq başa çatır: "Ona görə də, Qurban bayramı ilə əlaqədar olaraq regionlara gedən və hazırda Bakıya qayıdan sürücülərdən xahiş edirik ki, yoldakı sıxlığı nəzərə alsınlar. Həmçinin magistral yollarda şəxsi avtomobilləri ilə hərəkət edən sürücülər ötmə əməliyyatlarına düzgün əməl etsinlər, sürət həddini aşmasınlar və digər qayda pozuntusuna yol verməsinlər".