Türkiyə və ABŞ Suriya ərazisində növbəti antiterror əməliyyata hazırlaşır

12 Avqust 2019 18:40 (UTC+04:00)

Türkiyə və ABŞ arasında Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün razılaşdırılan Birgə Hərəkət Mərkəzi (BHM) Şanlıurfada fəaliyyətə başlayıb.

SİA xəbər verir ki, artıq BHM-də xidmət edəcək ABŞ hərbçilərinin ilk qrupu bölgəyə gəlib. Bu qrupda 90 hərbçi var. Türkiyənin tələbi ilə yaradılan Birgə Hərəkət Mərkəzi Suriyada Fərat çayının şərqini terrorçulardan təmizləyəcək.