Tailandda binanın çökməsi nəticəsində üç fəhlə ölüb

12 Avqust 2019 16:43 (UTC+04:00)

Tailandın turizm mərkəzlərindən olan Puket adasında inşası davam edən ikimərtəbəli binanın çökməsi nəticəsində üç fəhlə ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər yaralanıb. Ölənlərin hər üçü Myanmadan olan mühacir fəhlələrdir.

Hadisə yerində axtarış işləri davam etdirilir. Hələlik qəzanın başvermə səbəbləri dəqiq bilinmir.