Türkiyə klubu Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb

12 Avqust 2019 12:40 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Ufuk Budak Türkiyədə klubsuz qalıb. SİA-nın verdiyi məlumata görə, I liqada çıxış edən “Boluspor” 29 yaşlı sol cinah müdafiəçisi ilə başa çatan müqavilənin müddətini yeniləməyib. Budak ötən yaydan bu komandanın formasını geyinirdi.

Qeyd edək ki, bunadək Türkiyədə “Samsunspor”, “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.