Yunanıstanın iki çimərliyi dünyanın ən gözəl çimərlikləri sırasında yer alıb

12 Avqust 2019 00:20 (UTC+04:00)

Yunanıstanın Krit adasında yerləşən Elafonisi və Mikonos adasındakı Psaru çimərlikləri “Online Travel Platform” səyahət platformasının tərtib etdiyi dünyanın ən gözəl 50 çimərliyi siyahısında yer alıblar. Onlar müvafiq olaraq 26-cı və 35-ci yerlərdə qərarlaşıblar.

SİA xəbər verir ki, hər iki çimərlik turistlər tərəfindən infrastruktur, gözəl mənzərə, qum və digər kateqoriyalara görə fərqlənib.

Siyahıda birinci yerdə Xorvatiyada yerləşən Zlatnı Rad (Qızıl buynuz) çimərliyi qərarlaşıb.