Nərimanov rayonunda dəmir sexi yanıb

11 Avqust 2019 16:00 (UTC+04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb. FHN-dən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 150 m² olan dəmir sexinin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​