53 yaşlı model bikinili görüntüsü ilə heyrətləndirdi FOTO

11 Avqust 2019 10:17 (UTC+04:00)
Dünyaca məşhur model Sindi Krouford Kanada çimərliklərində istirahət edir. SİA-nın məlumatına görə, 53 yaşlı model bikinili görüntülərini sosial şəbəkədə yayımlayıb. Yaşının çoxluğuna baxmayaraq, ideal bədən quruluşuna sahib olan Sindi izləyiciləri tərəfindən tərif atəşinə tutulub. 1990-cı illərdən bu yana məşhur olan modelin heç görünüşünün dəyişmədiyi vurğulanıb. Sindi hər zaman idman etdiyini, evdə bütün alətlərinin olduğunu bildirib.