Ledi Qaqa məhkəməlik oldu

10 Avqust 2019 10:55 (UTC+04:00)

Bəstəkar Stiv Ronsen məhkəmədə müğənni Ledi Qaqa barəsində milyon dollarlarlıq iddia qaldırıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Ronsen "Ulduz doğulub" filminin saundtrekinə daxil edilən "Shallow" mahnısının melodiyası ona məxsus olduğunu və Qaqanın bu melodiyanı onun 2012-ci ildə yazdığı "Almost" mahnısından götürdüyünü bildirib. Müğənninin vəkilləri isə bildirib ki, Ronsen sadəcə Ledi Qaqanın hesabına pul qazanmaq istəyir.