35 yaşlı Hüseyn tələbə adını qazandı FOTO

9 Avqust 2019 16:33 (UTC+04:00)

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbə adını qazanıb. SİA-nın məlumatına görə, 35 yaşlı musiqiçi bu haqda özü xəbər verib: "Dostlar, tələbə adı mənə də qismət oldu. Yaşım 35 olsa da, dedim, qoy oluramsa, ali savadlı musiqiçi olum. Bu il Universitetə qəbul olan hər kəsi təbrik edirəm. Milli Konservatoriyaya qəbul oldum".

Hüseyn estrada sənəti fakültəsinin tələbəsi olub.