Banqladeşdə denge qızdırması səbəbindən bir gündə xəstəxanaya müraciət edənlərin sayı yüksək həddə çatıb

8 Avqust 2019 04:59 (UTC+04:00)

Banqladeşdə bu il 32 min 340 denge qızdırmasına yoluxub. Son bir gündə isə 2428 nəfər bu səbəbdən xəstəxanaya müraciət edib.

SİA xarici KİV-ə istinadla xəbər verir ki, hazırda 8707 nəfər xəstəlikdən müalicə olunur. İl ərzində bu xəstəlik səbəbindən 23 nəfər həyatını itirib. Qeyri-rəsmi məlumatlara görə isə ölənlərin sayı 65-dir.

Bu virus insanlara ağcaqanadlar vasitəsilə keçir. Əsasən yüngül qızdırma ilə müşayiət olunan xəstəlik bəzən ölümə də səbəb olur. Bu virus əsasən yağmurlu aylarda yayılır.