Türkiyədə elektron mühərrikli zirehli maşın sınaqdan çıxarılıb

28 İyul 2019 05:53 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri arsenalını yerli sənaye məhsulları ilə genişləndirməkdə davam edir.

SİA xəbər verir ki, İlk dəfə olaraq "Akrep II" elektron mühərrikli zirehli maşın istehsal olunub. Hərbi maşın sınaqdan uğurla çıxıb.

"Akrep" sinfinə daxil olan elektron mühərrikli zirehli maşınlar kəşfiyyat, atəş, lazer silahı kimi müxtəlif qurğularla təmin ediləcək.