İşğalçı ordunun əsgəri Dağlıq Qarabağda öldürülüb

24 İyul 2019 13:22 (UTC+04:00)

İşğal olunmuş Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri öldürülüb. SİA erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda insidentin cəbhə xəttindəki təmas nöqtələrindən birində baş verdiyi bildirilir. Erməni əsgərin öz yoldaşlarının atdığı güllə yarasından öldüyü ehtimal olunur.

2000-ci i təvəllüdlü əsgər Volodya Qaloyanın ölümü ilə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılır.