Ziya Bünyadov prospektində qəza

24 İyul 2019 10:10 (UTC+04:00)

Bakının əsas prospektlərinin birində qəza baş verib. SİA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Koroğlu metrostansiyası istiqamətində Əhməd Rəcəbli küçəsinin kəsişməsində baş verən qəza yolda avtomobillərin hərəkətində problemlər yaradıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qəza səbəbindən hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.