Suraxanıda 9 otaqlı ev yanıb

24 İyul 2019 09:24 (UTC+04:00)

Suraxanı rayonunda 9 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 9 otaqlı evin dam örtüyü 100 m² sahədə, 3 otağının yanar konstruksiyaları və əşyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.