Tovuzda 25 yaşlı gənc bıçaqlanıb

24 İyul 2019 04:38 (UTC+04:00)

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Avılbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 25 Elşən Hümbətov naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. E.Hümbətov əməliyyat olunub, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil. Hadisəni törədən şəxs və ya şəxlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.