Xəzərdə batan şəxsin kimliyi məlum olub

24 İyul 2019 00:06 (UTC+04:00)

Xəzər dənizinin Astara rayonu ərazisində batan şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, boğulan şəxs 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğludur.

S.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.