Türkiyə klubu “Borussiya"dan futbolçu transfer edib

24 İyul 2019 03:02 (UTC+04:00)

Türkiyənin “Göztəpə” futbol klubu, heyətini yeni futbolçuyla gücləndirib. Super Liqa təmsilçisi Dortmund “Borussiya”sından Hüseyin Bulutu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Dortmund “Borussiya”sının yetirməsi olan Bulut, son olaraq Bundesliqa təmsilçisinin 2-ci komandasında çıxış edib.