Yunanıstanlı idmançı: "Azərbaycandakı insanlar çox mehribandır"

24 İyul 2019 02:20 (UTC+04:00)

Mən belə yaxşı nəticə göstərəcəyimə heç inanmırdım. Bütün səylərimi toplayıb əlimdən gələni etdim. Buna görə də özümü medalçılar sırasında görürəm. Hər halda bunu zaman göstərəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının çəkicatma növündə finala vəsiqə qazanan Yunanıstan təmsilçisi Panaqiota Friqqi deyib.

Festivalın təşkilatçılığı barədə danışan Yunanıstan təmsilçisi qeyd edib ki, hər şey çox gözəl təşkil olunub. “Buradaki stadion möhtəşəmdir. Bu ölkənin insanları çox mehribandır. Atletlər kəndində olan şəraitdən razıyam. Yeməklərimiz çox dadlıdır, istirahət otaqları isə təmiz və rahatdır. Orada idmançılar üçün bütün lazimi şərait yaradılıb”.