Fransada AES-lərin reaktorları dayandırılıb

23 İyul 2019 19:06 (UTC+04:00)

Fransada havanın isti keçməsinə görə Tarn və Qaron departamentindəki Qolfeş Atom Elektrik Stansiyasının (AES) reaktorları dayandırılıb.

Bildirilir ki, AES-lərdə elektrik enerjisinə çevrilməyən termik istiliyin sərinləşdirilməsi üçün istifadə olunan çay sularının temperaturu çox yüksəkdir. Müvafiq qaydaya görə temperatur 28°C-dən çox olmamalıdır.

Digər reaktorların dayandırılması ehtimalı da var.