Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib. Klubun rəsmi saytında yer alan xəbərə görə, yeni mövsümdə komandanı Yaşar Vahabzadə çalışdıracaq. Babək Alxasov, Vidadi Rzayev və Nadir Şükürov isə onun köməkçiləri təyin olunub. Artıq Gəncəyə yollanan Y. Vahabzadə köməkçiləri ilə birlikdə klubun məskunlaşdığı şəhər stadionunda futbolçular və texniki heyətlə görüşüb. Tanışlıq xarakteri daşıyan görüşə son mövsümdə komandanın heyətində çıxış etmiş 12 oyunçu qatılıb.
Məşqçilər korpusu həmçinin, stadionun əsas və yardımçı meydançasının durumu ilə yaxından maraqlanıb. AFFA tərəfindən tikintisi davam etdirilən süni örtüklü meydana da baxış keçirilib.