"Barselona" Yaponiyada "Çelsi"yə uduzdu

23 İyul 2019 20:31 (UTC+04:00)

"Barselona" və "Çelsi" futbol klubları, öz aralarında yoxlama oyunu keçirib. Yaponiyada keçirilən matçda London klubu 2:1 hesabı ilə qalib gəlib.

"Barselona" - "Çelsi" - 1:2

Qollar: Tammi Abraham (0:1), Ross Barkli (0:2), İvan Rakitiç, 90+1 (1:2)

Qeyd edək ki, Kataloniya klubunun yeni transferi Antuan Qrizmann da bu görüşdə meydana çıxıb. Start heyətdə oynayan fransalı hücumçu debüt oyununda 46-cı dəqiqədə əvəzlənib.