Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır

23 İyul 2019 18:12 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Astara rayonunda dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.