Ermənistanı gözləyən iqtisadi tənəzzül

23 İyul 2019 17:58 (UTC+04:00)

Yuxarı Lars keçid məntəqəsinin bağlanmasına səbəb olacaq hər hansı bir münaqişə Ermənistan iqtisadiyyatı üçün qarşısı alınmaz nəticələrə səbəb ola bilər. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu tert.am saytına müsahibəsində Rusiya-Gürcüstan münasibətlərindəki gərginliyə toxunan İqtisadi İnkişaf Təşəbbüsləri Mərkəzinin direktoru Marina Arakelyan söyləyib.

“Yuxarı Lars buraxılış məntəqəsi Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Son aylarda Ermənistanın xarici ticarət balansının çox pisləşdiyini nəzərə alsaq, Yuxarı Lars keçid məntəqəsinin bağlanmasına səbəb ola biləcək hər hansı bir münaqişənin kəskinləşməsi Ermənistan iqtisadiyyatı üçün geri dönməz nəticələrə səbəb ola bilər", deyə mərkəzin direktoru bildirib.
Görüünür, İqtisadi İnkişaf Təşəbbüsləri Mərkəzinin direktoru həyəcan təbili çalmaqla Ermənistanı gözləyən iqtisadi tənəzzül barədə ictimaiyyəti xəbərdar etməkdir.