Boris Conson Böyük Britaniyanın yeni baş naziridir

23 İyul 2019 16:52 (UTC+04:00)

Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson Mühafizəkarlar Partiyasının yeni lideri seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə partiya komitəsindən məlumat verilib.

Qeyd olunur ki, səsvermə zamanı Conson 92153, rəqibi, İngiltərənin hazırkı xarici işlər naziri Ceremi Hant isə 46.656 səs toplayıb.

24 iyulda hazırkı baş nazir Tereza May istefa verdikdən sonra Conson ölkənin baş naziri olacaq.