Azərbaycan komandası qrup mərhələsində birincidir

23 İyul 2019 13:59 (UTC+04:00)

XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışları davam edir.

SİA-nın məlumatına görə kişi gimnastlar komanda yarışlarında bacarıqlarını nümayiş etdiriblər. Səməd Məmmədli, Ağakazım Rüstəmov və Mənsum Səfərovdan ibarət Azərbaycan komandası 1-ci qrupda İslandiya, Kipr, Polşa, Avstriya və Belarus idman gimnastları ilə mübarizə aparıb. Bu qrupun qalibi adını da məhz yerli atletlər qazanıblar.

İkinci qrupda Xorvatiya, İtaliya, Rumıniya, Litva, Macarıstan, Belçika, Serbiya, Slovakiya, Bolqarıstan, Portuqaliya, Andorra, Latviya, Slovakiya, Fransa və İsveç, üçüncü qrupda isə Böyük Britaniya, Niderland, İspaniya, Norveç, Türkiyə, İsveçrə, Ukrayna, Almaniya, Finlandiya, Rusiya və Çexiya gimnastları çıxış edir.

İdman Gimnastikası üzrə yarışların sonunda qalib və mükafatçılar hər üç qrup üzrə qeydə alınacaq nəticələrə əsasən müəyyənləşəcək.