Komediyalara Ermənistanada son qoyulmalıdır

23 İyul 2019 13:07 (UTC+04:00)

Ümid edirik ki, Konstitusiya Məhkəməsi bu komediyaya son qoyacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadənxəbər verir ki, bunu Robert Koçaryanın Fransadan olan vəkili deyib.

Məlumatda deyilir ki, Ermənistanın ikinci prezidentinin Fransadan olan vəkili Sevak Torosyan Robert Köçəryanın işi üzrə məhkəmə prosesləri qanunların, ən başlıcası Avropa İnsan Hüquqları Konvensiyasının kobud şəkildə pozulması ilə keçirildiyinə əmindir.
“Cəmiyyət hələ də yuxu vəziyyətindədir və nə baş verdiyini bilmir. Ümid edirəm ki, Avropa Ədalət Məhkəməsinə qədər gedib çatmayacağıq və Ermənistana qarşı qərar verilməyəcək. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi bu komediyaya son qoyacaq bir qərar verəcək. Əgər bu gün məhkəmə cənab Koçaryanı və ya kimisə başqasını 300.1 maddəsi ilə mühakimə edirsə, əmin olun ki, 1 il 5 il sonra sizi - jurnalistləri, hüquqşünasları, hər hansı bir şəxsi konstitusiya quruluşunu devirməkdə günahlandıraraq dalınızca gələcəklər. Cinayət tərkibi dəqiq və konkret ifadə edilməlidir, amma bu işdə konkret heç nə yoxdur. Mən Fransadakı çoxsaylı peşəkar mütəxəssislərlə məsləhətləşdim və bu günə qədər konstitusiya quruluşunu devirmək nə demək olduğunu başa düşmürlər. Bu maddənin təhlükəsi odur ki, bu, subyektivdir və özbaşınalığa səbəb olur", deyə Sevak Torosyan bildirib.