"Yeni mahnım Flora xanımın möhtəşəm ifasında səslənəcək" - ÖZƏL

23 İyul 2019 10:40 (UTC+04:00)

Bu günlərdə bəstəkar Sevinc Tofiqqızı və Xalq artisti Flora Kərimova bir araya gəlib. Bəstəkar Sevinc Tofiqqızının SİA-ya verdiyi məlumata görə, cütlük yeni layihə üzərində işə başlayıb. Sözləri Qənirə Paşayevaya məxsus olan "Mən belə dünyanın nəyini sevim?" mahnısı Flora Kərimova tərəfindən ifa olunacaq. Sevinc Tofiqqızı mahnının olduqca gözəl alındığını bildirib. O, əlavə edib ki, artıq mahnı efirə hazırdır: "Səsyazma studiasında səsyazmanı həyata keçirmişik. Yeni mahnım Flora xanımın möhtəşəm ifasında səslənəcək. Əminəm ki, musiqisevərlər yeni mahnımı bəyənəcəklər".