Şahdağ dağ kurortları beşliyində

23 İyul 2019 09:29 (UTC+04:00)

Rusiyanın “TurStat” analitik agentliyi Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin yay mövsümündə fəal istirahət üçün dağ kurortları reytinqini tərtib edib. SİA-nın məlumatına görə, “TurStat” tərəfindən aparılmış araşdırmaların nəticələr bunu deməyə əsas verir ki, belə kurortların ilk beşliyinə Azərbaycandakı Şahdağ kurortu da daxildir. İlk onluğa Şahdağ ilə yanaşı, Krasnaya Polyana (Soçi), Çimbulak (Almatı, Qazaxıstan), Krım dağları, Dombay (Qaraçay-Çərkəz Respublikası), Katun (Dağlıq Altay), Prielbrusye (Kabarda-Balkar), Şereqeş (Kemerovo vilayəti), Xibin (Murmansk vilayəti) və Karakol (Qırğızıstan) da daxildir.

Dağ kurortlarının reytinqi onların populyarlıq, infrastrukturun inkişaf dərəcəsi və nəqliyyat üçün münasibliyi əlamətlərinin təhlili əsasında təhlil edilib.