Pompeo İranı bütün dünya üçün təhlükə adlandırıb

23 İyul 2019 08:03 (UTC+04:00)

ABŞ Dövlət katibi Mayk Pompeo “Fox News” televiziyasına verdiyi müsahibədə İranı bütün dünya üçün təhlükə adlandırıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, M.Pompeo deyib ki, ABŞ İranla müharibə istəmir: “Düşünürəm ki, İran rəsmiləri bunu başa düşür”.

O, əlavə edib ki, İran ABŞ üçün, İsrail üçün təhlükə deyil, bütün dünya üçün təhlükədir".