Badmintonçumuz Qanada gümüş medal qazanıb

23 İyul 2019 00:17 (UTC+04:00)

Badmintonçumuz Edi Reski Dviçayo Qananın paytaxtı Akkra şəhərində keçirilən "2019 JE Wilson International Series" turnirində gümüş medal qazanıb.

Mübarizəyə əsas mərhələdən qoşulan təmsilçimiz onaltıdabir finalda hindistanlı Abişek Yeligarı 2:0 hesabı ilə məğlub edib. İdmançımız növbəti mərhələdə Nigeriya badmintonçusu Anuoluvapo Juvon Opeyori üzərində 2:0 hesablı qələbə qazanıb. E.Dviçayo dörddəbir finalda Hindistanın digər təmsilçisi Siddhart Pratap Singhlə görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. O, finala yüksəlmək uğrunda görüşdə polşalı Mixal Roqalskini yolundan kənarlaşdırıb. Badmintonçumuz rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Dviçayo həlledici görüşdə hindistanlı Kiran Corca 0:2 hesabı ilə uduzub.

Yarışın gümüş medalını qazanan E.Dviçayo aktivinə 2130 reytinq xalı yazdırıb.