Somalidə dəhşətli PARTLAYIŞ: 10 nəfər ölüb

22 İyul 2019 21:03 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib. Məlumata görə, partlayış nəticəsində azı 10 nəfər ölüb. Partlayışın aeroporta gedən şose yolda yerləşən nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verdiyi bildirilir.

Məlumata görə, hadisə partlayıcı qurğu yerləşdirilmiş avtomobildə baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.