Velosiped və noutbuk oğurlayan Bakı sakini tutulub

22 İyul 2019 22:04 (UTC+04:00)

Dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini R.Mehdili saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-dən 20-dək olan müddətdə İ.Babayevə məxsus noutbuku və A.Babayevə məxsus velosipedi oğurlamaqda, habelə Y.Salmanlının mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Mehdili saxlanılıb.